“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? - FOTO

Xəbərlər
26 Yanvar 2026 21:32
120
“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik?

“Liverpul” klubu “Qarabağ”la oyunla bağlı sosial media hesabında paylaşım edib.

İdman.Biz bildirir ki, paylaşımda Ağdam təmsilçisinin loqosunda 2 ulduz əvəzinə yalnız 1 ulduzun olduğu diqqət çəkib.

Klub emblemlərindəki ulduzlar qazanılan çempionluq titullarının sayını bildirmək üçün istifadə olunur. “Qarabağ”da hər ulduz Azərbaycan çempionatında beş qələbəni simvolizə edir, Ağdam klubu hazırda 12-qat ölkə çempionudur ki, bu da emblemdəki iki ulduzda əks olunur.

Komandaların İngiltərədəki görüşü yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Görüş UEFA Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turu çərçivəsində olacaq.

İdman.Biz