Azərbaycan Basketbol Liqasının doqquzuncu turunda daha iki oyun keçiriləcək

Xəbərlər
12 Dekabr 2025 09:33
59
Azərbaycan Basketbol Liqasının doqquzuncu turunda daha iki oyun keçiriləcək

Bu gün Azərbaycan Basketbol Liqasının doqquzuncu turunda daha iki oyun keçiriləcək.

İdman.Biz xəbər verir ki, əvvəlcə turnir cədvəlinin B qrupunda “Sumqayıt” “Ordu” kollektivi ilə üz-üzə gələcək.

Görüş Sumqayıt Olimpiya İdman Kompleksində, saat 19:00-da başlayacaq.

Saat 20:00-da isə turnir cədvəlinin A qrupunda NTD və “Şəki” komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Oyun “Sərhədçi” İdman Mərkəzində baş tutacaq.

Turnir cədvəlində A qrupunda yer alan “Şəki” 9 xalla beşinci, rəqibindən 1 xal geri qalan NTD isə 8 xalla altıncıdır. B qrupuna 16 xalı olan “Ordu” kollektivi başçılıq edir. 10 xalı olan “Sumqayıt” sonuncu - altıncı sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında “Quba” “Lənkəran”ı (95:87), “Naxçıvan” isə “Sərhədçi”ni (90:74) məğlub edib.

İdman.Biz