Argentiniya millisinin qapıçısı Emiliano Martines mart ayında keçiriləcək Finallisima çərçivəsində İspaniyaya qarşı baş tutacaq matç barədə danışıb.
İdman.Biz bu barədə xarici KİV-ə istinadən məlumat yayıb.
“Finallisimada məmnuniyyətlə oynayardım. İspaniya ən güclü yığmalardan biridir, 2026-cı il dünya çempionatındakı əsas rəqiblərimizdəndir. Bu, mundial öncəsi yaxşı sınaq və yaxşı hazırlıqdır. Axı bu, bir trofeydir. İtaliya üzərindəki qələbə (öncəki Finallisimanı nəzərdə tutur) bizə DÇ-2022-dəki uğurdan əvvəl böyük impuls vermişdi - ümid edirik ki, həmin təcrübəni təkrarlayacağıq”, - “Aston Villa”nın argentinalı qapıçısı müsahibəsində deyib.
Qeyd edək ki, İspaniya və Argentina arasındakı Finalissima oyunu 2026-cı ilin martın 28-də təşkil ediləcək. Finallisimada son Avropa və Amerika kubokunun qalibləri qarşılaşacaq.
