“Qarabağ” - “Ayaks” oyununu sığınacaqda təkbaşına izləyən 11 yaşlı Əkbər Zülfüqarov Ağdam klubuna olan sevgisindən bəhs edib.
O, İdman.Biz-ə müsahibəsi zamanı “Qarabağ”ın oyunçularından Kevin Medina, Abdulla Zubir və Nəriman Axundzadəni çox sevdiyini deyib.
Qeyd edək ki, Qadın və Uşaq Sığınacağında icazə alaraq UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçirilən ”Qarabağ” - “Ayaks” oyununu təkbaşına izləyən azyaşlı yaxın günlərdə “Qarabağ” klubunun üzvləri ilə görüşəcək.
O, bu xəbəri aldıqda böyük sevinc yaşadığını qeyd edib və baş məşqçi Qurban Qurbanova təşəkkürünü çatdırıb.
Müsahibəni təqdim edirik:
