“Barselona”nın yarımmüdafiəçisi Rodri komandasının cari mövsümdə bütün turnirlərdə çempionluq uğrunda mübarizə aparmaq niyyətində olduğunu bildirib.
İdman.Biz “Sport” nəşrinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu bu məqsədə çatmaq üçün komandanın oyun səviyyəsini yüksəltməsinin vacibliyini vurğulayıb.
“Barselona”nın əsas məqsədi bütün turnirlərdə qələbə uğrunda mübarizə aparmaqdır. Biz öz üzərimizə əlavə təzyiq qoymuruq. Çalışıram ki, soyunub-geyinmə otağında sakitliyi qoruyum və hər kəsə mövsümün hələ yeni başladığını xatırladım.
Mart və aprel aylarına titullar uğrunda real mübarizə aparmaq şansı ilə çatmaq üçün oyun səviyyəmizi mütləq yüksəltməli və bunu mövsüm boyu sabit saxlamalıyıq. Hər şeyi qazanmaq istəyiriksə, məhz həmin dövrdə maksimum gücümüzü göstərməli olacağıq”, - deyə Rodri söyləyib.
