“Qarabağ”ın oyununu təkbaşına izləyən azyaşlı komanda üzvləri ilə görüşəcək - YENİLƏNİB + VİDEO

Xəbərlər
11 Dekabr 2025 16:36
317
“Qarabağ”ın oyununu təkbaşına izləyən azyaşlı komanda üzvləri ilə görüşəcək - YENİLƏNİB + VİDEO

Qadın və Uşaq Sığınacağında icazə alaraq UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçirilən ”Qarabağ” - “Ayaks” oyununu təkbaşına izləyən azyaşlının arzusu gerçəkləşib.

İdman.Biz-in əldə etdiyi məlumata görə, o, yaxın günlərdə "Qarabağ" klubunun üzvləri ilə görüşəcək.

Qeyd edək ki, azyaşlı futbol sevgisi ilə sosial şəbəkələrdə qısa zamanda gündəm olub.

10:45

Qadın və Uşaq Sığınacağında icazə alaraq UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçirilən ”Qarabağ” - “Ayaks” oyununu təkbaşına izləyən azyaşlı sosial şəbəkələrdə böyük maraq yaradıb.

İdman.Biz xəbər verir ki, uşağın görüntüləri qısa zamanda geniş müzakirələrə səbəb olub.

Paylaşılan videonun altındakı şərhlərdə uşağa forma hədiyyə etmək istəyənlər var. Hətta bəzi istifadəçilər “Qarabağ” klubunun adını işarələyərək uşağı himayəyə götürməsini təklif ediblər.

Görüntüləri təqdim edirik:

Qeyd edək ki, ötən axşam baş tutan qarşılaşmada ”Qarabağ” “Ayaks”a 2:4 hesabı ilə uduzub.

Vüqar Vüqarlı

İdman.Biz
Məqalədə: