İspaniyalı müdafiəçi Serxio Ramosun gələcəyi ilə bağlı maraqlı iddialar ortaya çıxıb. Təcrübəli futbolçunun 2026-cı ilin əvvəlində İngiltərəyə köçə biləcəyi iddia olunur.
İdman.Biz “Cadena SER” radiosunun yaydığı məlumata istinadla xəbər verir ki, hazırda azad agent statusunda olan Serxio Ramosa “Mançester Yunayted” tərəfindən təklif göndərilib və klub onu Mançesterə dəvət etməyi nəzərdən keçirir.
Lakin məşhur insayder Fabrizio Romano bu məlumatı təkzib edib. Onun sözlərinə görə, Serxio Ramos üçün “Mançester Yunayted” variantı real deyil və hazırda bu istiqamətdə konkret addım yoxdur.
Mənbələrin verdiyi fərqli məlumatlar isə mövzunu daha da müzakirə obyektinə çevirir.
