İngiltərənin “Arsenal” komandasının hücumçusu Noni Madueke, İspaniyanın “Barselona” komandasının müdafiəçisi Jül Kunde, Niderlandın “Ayaks” komandasının yarımmüdafiəçisi Oskar Qluk və İtaliyanın “Atalanta” komandasının hücumçusu Şarl De Ketelare UEFA-nın Çempionlar Liqasında “Həftənin oyunçusu” mükafatı üçün dörd rəsmi namizəd kimi açıqlanıb.
İdman.Biz xəbər verir ki, UEFA hər turun ən parlaq fərdi performanslarını nəzərə alaraq siyahını formalaşdırıb və azarkeşlərdən səsvermədə iştirak etməyi istəyib.
Namizədlərin göstəriciləri:
- Noni Madueke (“Arsenal”) - “Brügge”yə qarşı 3:0 hesablı qələbədə dubla imza atıb.
- Jül Kunde (“Barselona”) - “Ayntraxt Frankfurt”a qarşı 2:1 hesablı görüşdə iki qol vurub.
- Oskar Qluk (“Ayaks”) - “Qarabağ”a qarşı 4:2 hesablı matçda dublla yadda qalıb.
- Şarl De Ketelare (“Atalanta”) - “Çelsi”yə qarşı 2:1 hesablı qələbədə qol və məhsuldar ötürmə ilə fərqlənib.
