UEFA Konfrans Liqası: “Dinamo Kiyev”lə “Samsunspor”un uğursuzluğu - YENİLƏNİB

Xəbərlər
12 Dekabr 2025 00:09
85
UEFA Konfrans Liqası: “Dinamo Kiyev”lə “Samsunspor”un uğursuzluğu - YENİLƏNİB

UEFA Konfrans Liqasının əsas mərhələsinin beşinci turunun oyunları keçirilir.

İdman.Biz xəbər verir ki, “Fiorentina” öz meydançasında Kiyev “Dinamo”sunu qəbul edib.

Oyun 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

“Fiorentina”nın hücumçusu Moise Kin matçın ilk qolu 18-ci dəqiqədə vurub. Qonaqların yarımmüdafiəçisi Nikolay Mixaylenko 55-ci dəqiqədə bərabərlik qoluna imza atıb. 74-cü dəqiqədə Albert Qudmundsson “Dinamo”nun qapısından ikinci qolu keçirərək komandasının qələbəsini təmin edib.

Digər oyunların nəticələri belədir:

“Breydablik” (İslandiya) - “Şemrok Rovers” (İrlandiya) - 3:1
Qollar: Marqeyrrson (35), Oumarsson (74), Younsson (90+2); Burk (32)

“Drita” (Kosovo) - “AZ Alkmaar” (Niderland) - 0:3
Qollar: Meynans (17), Yensen (58), Sadiq (90)

“Hekken” (İsveç) - AEK (Kipr) - 1:1
Qollar: Hammar (90+4); Helander (65)

“Yagelloniya” (Polşa) - “Rayo Valyekano” (İspaniya) - 1:2
Qollar: İmas (44); Kamelyo (6), Espino (61)

Noa” (Ermənistan) - “Legiya” (Polşa) - 2:1
Qollar: Barrozo (57), Mulahüseynoviç (84); Rayoviç (3)

“Samsunspor” (Türkiyə) - “AEK Afina” (Yunanıstan) - 1:2
Qollar: Mukudi (4); Marin (53), Koyta (63)

“Şkendiya” (Şimali Makedoniya) - “Slovan Bratislava” (Slovakiya) - 2:0
Qollar: Bayriç (33), Spahiu (45+1)

“Universitatya” (Rumıniya) - “Sparta Praqa” (Çexiya) - 1:2
Qollar: Nsimba (79); Rəhmani (50), Rineş (89)

10:13

Bu gün UEFA Konfrans Liqasının əsas mərhələsinin beşinci turunun oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu turda 18 qarşılaşma baş tutacaq.

Bugünkü qarşılaşmaların siyahısını təqdim edirik:

UEFA Konfrans Liqası
Əsas mərhələsi
Beşinci tur
11 dekabr

21:45. “Breydablik” (İslandiya) - “Şemrok Rovers” (İrlandiya);
21:45. “Drita” (Kosovo) - “AZ Alkmaar” (Niderland);
21:45. “Fiorentina” (İtaliya) - “Dinamo Kiyev” (Ukrayna);
21:45. “Hekken” (İsveç) - AEK (Kipr);
21:45. “Yagelloniya” (Polşa) - “Rayo Valyekano” (İspaniya);
21:45. “Noa” (Ermənistan) - “Legiya” (Polşa);
21:45. “Samsunspor” (Türkiyə) - “AEK Afina” (Yunanıstan);
21:45. “Şkendiya” (Şimali Makedoniya) - “Slovan Bratislava” (Slovakiya);
21:45. “Universitatya” (Rumıniya) - “Sparta Praqa” (Çexiya);
23:59. “Aberdin” (Şotlandiya) - “Strasburq” (Fransa);
23:59. “Hamrun” (Malta) - “Şaxtyor Donetsk” (Ukrayna);
23:59. KuPS (Finlandiya) - “Lozanna” (İsveçrə);
23:59. “Lex” (Polşa) - “Maynts” (Almaniya);
23:59. “Linkoln Red İmps” (Cəbəllüttariq) - “Siqma Olomouts” (Çexiya);
23:59. “Rakuv” (Polşa) - “Zrinski” (Bosniya və Herseqovina);
23:59. “Riyeka” (Xorvatiya) - “Selye” (Sloveniya);
23:59. “Şelburn” (İrlandiya) - “Kristal Pelas” (İngiltərə);
23:59. “Rapid” (Avstriya) - “Omoniya” (Kipr).

İdman.Biz