Region Liqasında təxminən 30 metrdən möhtəşəm qol vurulub – VİDEO

Xəbərlər
10 Dekabr 2025 14:15
104
Region Liqasında təxminən 30 metrdən möhtəşəm qol vurulub – VİDEO

AFFA-nın bayrağı altında təşkil edilən Region Liqasının üçüncü turunda “Lənkəran” futbol klubunun futbolçusu baxımlı qola imza atıb.

İdman.Biz xəbər verir ki, təxminən 30 metrdən vurulan möhtəşəm qol “Lənkəran” - “Zəfər 44”(Cəlilabad) qarşılaşmasında qeydə alınıb.

Belə ki, “Lənkəran” futbolçusu Tuncay Babayev uzaq məsafədən fərqlənməklə diqqət mərkəzinə düşüb.

Qarşılaşma 2:2 hesablı bərabərliklə nəticələnib.

Şəhriyar Səmədov

İdman.Biz