İspaniyanın La Liqa təmsilçisi “Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqa Çempionlar Liqasın əsas mərhələsinin VI turunda “Mançester Siti” ilə qarşılaşmada forma geyinə bilməyəcək.
İdman.Biz xəbər verir ki, fransalı futbolçunun zədə problemi səbəbindən matça çıxması mümkün olmayacaq. Klub hələlik zədənin detalları barədə geniş açıqlama verməyib, lakin Kamavinqanın bərpa prosesi davam edir.
Bu itki “Real Madrid”in orta xətt rotasiyasını xeyli məhdudlaşdıracaq və baş məşqçi üçün əlavə taktiki çətinlik yaradacaq.
