Misli Premyer Liqası: “Sumqayıt” “İmişli”yə qarşı

Xəbərlər
9 Dekabr 2025 09:32
60
Misli Premyer Liqası: “Sumqayıt” “İmişli”yə qarşı

Bu gün Misli Premyer Liqasının XIV turunun növbəti qarşılaşması Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Sumqayıt” “İmişli”ni qəbul edəcək.

Oyun saat 19:30-da başlayacaq. Meydan sahibləri turnir cədvəlində 23 xalla 5-ci, qonaqlar 15 xalla 9-cu sıradadır.

Misli Premyer Liqası
II dövrə, XIV tur
9 dekabr
19:30. “Sumqayıt” - “İmişli”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki matçlarında “Şamaxı” “Karvan-Yevlax”ı (3:0), “Sabah” “Neftçi”ni (2:0) məğlub edib. “Zirə” - “Qarabağ” qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1. “Qəbələ” - “Turan Tovuz” oyunu isə əlverişsiz hava şəraitinə görə təxirə salınıb.

İdman.Biz