Ceyhun Sultanov: “Məhz ona görə də, ağır oyun olacaq”

Xəbərlər
8 Dekabr 2025 18:22
32
Ceyhun Sultanov: “Məhz ona görə də, ağır oyun olacaq”

“Əvvəlki “Ayaks” olmasa da, çıxış etdikləri çempionat bizim Premyer Liqadan qat-qat üstündür”.

Bu sözləri veteran futbolçu Ceyhun Sultanov deyib.

Təcrübəli mütəxəssis Ağdam klubunun istənilən komandadan xal ala biləcək potensialda olduğunu bildirib.

“Məhz ona görə də, ağır oyun olacaq. Həm də “Qarabağ” üçün çox əhəmiyyət kəsb edən qarşılaşmadı. Çünki bu matçda qalib gəlsək, qrupdan çıxmaq şansımız daha da artacaq. Əsas odur ki, Ağdam təmsilçisi yaratdıqları fürsətlərdən istifadə etsin. Səhv etmək olmaz. Bu nüanslara diqqət yetirilsə, əlbəttə ki, “Ayaks”ı məğlub edə və ya ən azı bir xal ala bilərik. “Qarabağ”ın öz oyun üslubu var və bunu nəhəng komandalarla matçlarda görmüşük. “Qarabağ”a uğurlar arzu edirəm”, - deyə o, sport24.az-a açıqlamasında deyib.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinin VI turunda dekabrın 10-u “Ayaks”ı qonaq edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də start veriləcək.

İdman.Biz