Xavi: “Məni Ferqyuson adlandırırdız, indi isə klubdan ayrılmalı olduğumu deyirsiz”

Xəbərlər
15 Dekabr 2023 18:42
138
Xavi: “Məni Ferqyuson adlandırırdız, indi isə klubdan ayrılmalı olduğumu deyirsiz”

“Bir ay əvvəl məni “Barselona”nın Ferqyusonu adlandırırdız. İndi isə klubdan ayrılmalı olduğumu deyirsiz. Hazırda komandaya sabitlik lazımdır”.

İdman.biz xəbər verir ki, bunu “Barselona”nın baş məşqçisi Xavi deyib.

Gənc mütəxəssis La Liqanın 17-ci turunda “Valensiya” ilə oyun öncəsi onu tənqid edənləri qınayıb. O bildirib ki, bu matç onlar üçün finala bərabərdir: “Bu, finaldır. Çünki bizə xal lazımdır. La Liqada layiq olmadığımız yerdəyik. “Real” və “Jirona” ilə matçlardakı məğlubiyyətlər bizə təsir edib. Sabah oynayacağımız rəqib də çox güclüdür. Baraxa əla heyət qurub. Amma biz yalnız qələbə qazanmalıyıq”.

Qeyd edək ki, “Barselona” La Liqada 16 oyundan sonra 34 xalla dördüncüdür.

İdman.biz