Məşhur hakim “Monako” - “Qalatasaray” matçına təyin olundu

Xəbərlər
8 Dekabr 2025 08:05
47
Məşhur hakim “Monako” - “Qalatasaray” matçına təyin olundu

Çempionlar Liqasının VI turunda Fransanın “Monako” klubu ilə Türkiyənin “Qalatasaray” komandası arasında keçiriləcək qarşılaşmanı niderlandlı hakim Denni Makkeli idarə edəcək.

İdman.Biz xəbər verir ki, UEFA-nın rəsmi saytında yer alan məlumata görə, görüş dekabrın 9-da, Monako şəhərində yerləşən II Lui stadionunda Bakı vaxtı ilə saat 23:59-da başlayacaq. Denni Makkelinin köməkçiləri həmvətənləri Hessel Stiqstra və Yan de Vries olacaq.

Matçın dördüncü hakimi funksiyasını da niderlandlı Allard Lindhout yerinə yetirəcək.

İdman.Biz