İspaniyanın “Real Madrid” lomandasının müdafiəçisi Trent Aleksander-Arnoldun komandadakı debüt mövsümü gözlənildiyindən xeyli çətin keçib və ingilis futbolçu Madrid karyerasına uğursuz start verən ulduzların siyahısına qoşulub.
İdman.Biz xəbər verir ki, komandanın oyun sisteminə çox kəskin şəkildə daxil olması futbolçunun zədələnməsi ilə nəticələnib. O, zədə səbəbindən iki ay yaşıl meydanlardan kənarda qalıb və bu müddətdə həm azarkeşlərin, həm də özünün gözləntiləri fonunda ciddi məyusluq toplanıb.
Beləliklə, Aleksander-Arnold Madrid klubunda ilk ilində böyük təcrübəsinə, xarakterinə və azarkeşlərin yüksək gözləntilərinə baxmayaraq, ciddi sınaqlardan keçməli olan ulduz futbolçular siyahısına düşüb. Klubdakı karyerasının davamında ingilis müdafiəçidən daha sabit performans gözlənilir.
