Arne Slot 1:1-lik nəticəni dəyərləndirib

Xəbərlər
4 Dekabr 2025 11:29
31
Arne Slot 1:1-lik nəticəni dəyərləndirib

İngiltərənin “Liverpul” futbol klubunun baş məşqçisi Arne Slot Premyer Liqada “Sanderlend”lə 1:1 hesablı heç-heçədən sonra komandasının oyununu şərh edib.

İdman.Biz xəbər verir ki, niderlandlı mütəxəssis matçın ümumi mənzərəsinin son qarşılaşmalarla oxşadığını bildirib.

“Bu oyun da həftəsonundakı kimi idi. Çox imkan vermədik, çox da imkan yaratmadıq”, - deyə Slot vurğulayıb.

Baş məşqçi komandasının buraxdığı qolu təsadüfi adlandırıb:

“Buraxdığımız qol yönünü dəyişən topdan gəldi, bu mənada bəxtimiz gətirmədi. Amma ondan sonrakı reaksiyamız xoşuma gəldi”.

Baş məşqçi yekunda hər iki tərəfin imkanlarının məhdud olduğunu desə də, “Liverpul”un ikinci hissədə daha çox cəhd etdiyini vurğulayıb:

“Hər iki komandanın çox şansı yox idi, amma bizim bir az çox şansımız vardı. İkinci hissədə davamlı sınaqdan keçirdik, sınadıq, sınadıq, amma bəxtimiz gətirmədi”.

“Liverpul” son beş rəsmi oyunun yalnız birində qalib gəlib və “Enfild”də də ardıcıl üç matçdır qələbə qazana bilmir.

İdman.Biz

Məqalədə: