Vinsent Abubakar: “Azərbaycan liqası kənardan asan görünür, amma deyil” - VİDEO

Xəbərlər
4 Dekabr 2025 09:59
38
Vinsent Abubakar: “Azərbaycan liqası kənardan asan görünür, amma deyil” - VİDEO

“Neftçi” və Kamerun millisinin hücumçusu Vinsent Abubakar klubla anlaşma qərarına necə gəldiyini və bu prosesə təsir edən amilləri açıqlayıb.

İdman.Biz xəbər verir ki, futbolçu bu barədə türkiyəli şərhçi Ertem Şenerə verdiyi müsahibədə bildirib.

Abubakar “Neftçi”yə transferi barədə danışarkən bildirib ki, qərar prosesində klub rəhbərliyi ilə yanaşı, Türkiyə millisinin müdafiəçisi Çağlar Söyüncü ilə də fikir mübadiləsi aparıb:

“Neftçi”yə gəlməzdən əvvəl həm klubun icraçı direktoru Cenk Sümerlə, həm də Çağlar Söyüncü ilə danışdım. Onlar komanda haqqında mənə çox pozitiv fikirlər bildirdilər və böyük bir klub olduğunu söylədilər. Üstəlik, Cenk Sümeri “Beşiktaş”dakı dövründən tanıyırdım, bu da qərar verməyimi daha da asanlaşdırdı”.

Ulduz hücumçu həmçinin Azərbaycan Premyer Liqasının səviyyəsi barədə də fikirlərini bölüşüb:

“Azərbaycan Premyer Liqası barədə danışsaq, kənardan bəzən asan görünür, amma əslində belə deyil — liqa kifayət qədər çətindir. Azərbaycan çox gözəl bir ölkədir və insanlar burada futbola böyük hörmətlə yanaşırlar. Kluba qoşulduğum gündən bu yana gördüklərimə əsasən, hər şey yüksək səviyyədə təşkil olunub və korporativ quruluş daha da inkişaf edib”.

Daha ətraflı videomüsahibədə:

İdman.Biz