Hansi Flik “Atletiko”nu təriflədi

Xəbərlər
2 Dekabr 2025 15:14
34
Hansi Flik “Atletiko”nu təriflədi

İspaniyanın “Barselona” klubunun baş məşqçisi olan Hansi Flik qarşıdakı oyun öncəsi “Atletiko Madrid” haqqında yüksək fikirlər səsləndirib.

İdman.Biz xəbər verir ki, Flik rəqibi barədə danışarkən onları “Avropanın ən yaxşı komandalarından biri” adlıandırıb.

“Onlar yay transfer pəncərəsində səviyyələrini daha da artırdılar. Müdafiədə də, hücumda da fantastik komandadırlar. Biz yüksək səviyyəli komandaya qarşı oynayacağımızı bilirik və onların çox yaxşı baş məşqçisi var. Qarşıdan çətin oyun gəlir”, - deyə baş məşqçi vurğulayıb.

İdman.Biz

Məqalədə: