“Yuventus” səfərdə “Kalyari”yə məğlub olub - YENİLƏNİB + VİDEO

18 Yanvar 2026 01:45
246
“Yuventus” səfərdə “Kalyari”yə məğlub olub

İtaliya A Seriyasının 21-ci turunun “Kalyari” və “Yuventus” arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz bildirir ki, komandalar İtaliyanın Kalyari şəhərindəki “Unipol Domus” stadionunda oynayıblar. Meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.

Oyunun yeganə qolunu Luka Mazzitelli vurub. Ev sahibi komandanın yarımmüdafiəçisi ikinci hissədə, 65-ci dəqiqədə fərqlənib.

21 oyundan sonra 39 xalla “Yuventus” İtaliya A Seriyasının turnir cədvəlində dördüncü yerdədir. 21 oyundan sonra 22 xalla “Kalyari” 13-cüdür.

23:26

İtaliya A Seriyasının 21-ci turunda “Napoli” səfərdə “Sassuolo”nu 1:0 hesabı ilə məğlub edib.

İdman.Biz bildirir ki, yeganə qolu 7-ci dəqiqədə Stanislav Lobotka vurub.

“Napoli” (43 xal) ardıcıl üç heç-heçə seriyasına son qoyub və A Seriyasında üçüncü yerdədir. “Sassuolo” (23 xal) ardıcıl üçüncü dəfə məğlub olub və turnir cədvəlində 12-ci yerdədir.

20:59

İtaliya A Seriyasının 21-ci turunun “Udineze” və “İnter” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, komandalar “Stadio Bluenergi” stadionunda (Udine) qarşılaşıblar.

Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun yeganə qolunu Lautaro Martines vurub. Argentinalı hücumçu 20-ci dəqiqədə fərqlənib.

21 oyundan sonra 49 xalla “İnter” İtaliya A Seriyasının turnir cədvəlində birinci yerdədir. 21 oyundan sonra 26 xalla “Udineze” isə 10-cu yerdədir.

İdman.Biz