Avropa Futbol Assosiasiyaları İttifaqı(UEFA) İsrailin futbol klublarının beynəlxalq turnirlərdən kənarlaşdırılmanın mümkünlüyünü müzakirə edir.
İdman.Biz “The Athletic” nəşrinə istinadən xəbər verir ki, müzakirə sentyabrın sonundan - İsraillə HƏMAS arasında elan edilən atəşkəsdən sonra bir neçə milli futbol assosiasiyasının UEFA-nı İsrailin gələcəkdə yarışlara buraxılıb-buraxılmaması ilə bağlı məsələni səsverməyə çıxarmağa çağırdığı vaxtdan davam edir.
Görüşlərdə tərəflər belə bir qadağanın tətbiqinə imkan verə biləcək hüquqi mexanizmləri müzakirə ediblər.
Qeyd olunur ki, UEFA, digər idman qurumları ilə qarşıdurmadan çəkinərək İsraili öz təşəbbüsü ilə kənarlaşdırmaq niyyətində deyil. Bununla belə, qurum İrlandiya və İsveçrədə aparılan və nəzəri cəhətdən ittifaqı beynəlxalq hüquq çərçivəsində hərəkət etməyə məcbur edə biləcək məhkəmə proseslərini yaxından izləyir.
