Basketbol üzrə Azərbaycan Kubokunda “Quba” 1/4 finala yüksəlib - YENİLƏNİB

13 Yanvar 2026 22:01
312
Basketbol üzrə Azərbaycan Kubokunda “Quba” 1/4 finala yüksəlib

Basketbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

İdman.Bi xəbər verir ki, Bakı İdman Sarayında “Naxçıvan”la qarşılaşan “Quba” 105:98 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.

Bölgə təmsilçisinin növbəti raunddakı rəqibi “Sabah” olacaq. Bu mərhələnin oyunları fevralın 18-22-si aralığında gerçəkləşəcək.

Daha əvvəl “Neftçi” 1/4 finala yüksələrək “Gəncə” kollektivinə rəqib olub.

19:00

Basketbol üzrə Azərbaycan Kubokunda mövsümə start verilib.

İdman.Biz-in məlumatına görə, ilk olaraq 1/8 final mərhələsində “Neftçi” və “Lənkəran” qarşılaşıblar.

Bakı İdman Sarayında baş tutan matçda 86:54 hesablı qələbə qazanan paytaxt təmsilçisi 1/4 finala çıxıb.

“Neftçi”nin növbəti raunddakı rəqibi “Gəncə” olacaq. Bu mərhələnin oyunları fevralın 18-22-si aralığında gerçəkləşəcək.

09:24

Bu gün Basketbol üzrə Azərbaycan Kubokunun ilk oyunları başlayır.

İdman.Biz xəbər verir ki, turnirin 1/8 final mərhələsi çərçivəsində ilk olaraq iki oyun təşkil olunacaq.

Saat 20:00-da “Naxçıvan” - “Quba”, 17:00-da “Neftçi” - “Lənkəran” qarşılaşmaları təşkil olunacaq.

Hər iki görüş Bakı İdman Sarayında baş tutacaq. Yanvarın 14-də “Şəki” - “Sərhədçi” və NTD - “Sumqayıt” oyunları keçiriləcək.

Qeyd edək ki, “Naxçıvan” - “Quba” cütünün qalibi növbəti mərhələdə “Sabah”la, “Neftçi” - “Lənkəran” qarşılaşmasının qalibi isə “Gəncə” ilə üz-üzə gələcək. “Şəki” - “Sərhədçi” matçının qalibi 1/4 finalda “Abşeron Lions”la qarşılaşacaq, NTD - “Sumqayıt” duelinin güclüsü isə “Ordu” ilə münasibətlərə aydınlıq gətirəcək.

İdman.Biz