Rusiya futbolunda qeyri-adi hadisə baş verib.
İdman.Biz xəbər verir ki, “Fakel” klubunun futbolçusu Merabi Uridiya öz kiçik qardaşı Georgi Uridiyanın müqaviləsini başqa klubdan satın alıb.
Futbolçunun “Volqa” ilə müqaviləsinin bitməsinə hələ təxminən bir il yarım qalıb.
Bu addımdan sonra Uridiya azad agent statusu alıb və hazırda yeni klub axtarışındadır. “Volqa” klubu isə Giorgi Uridiyanın komandadan ayrıldığını rəsmi şəkildə təsdiqləyib.
Qeyd edək ki, peşəkar futbolda bir futbolçunun qardaşının müqaviləsini şəxsi vəsaiti hesabına alması olduqca nadir hallarda rast gəlinən hadisədir.
