Azərbaycan Kuboku: Növbəti mərhələyə vəsiqə qazanan ikinci komanda “Zirə”dir - YENİLƏNİB + VİDEO

Xəbərlər
2 Dekabr 2025 21:37
238
Azərbaycan Kuboku: Növbəti mərhələyə vəsiqə qazanan ikinci komanda “Zirə”dir - YENİLƏNİB + VİDEO

Futbol üzrə Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsi davam edir.

İdman.Biz bildirir ki, günün ikinci oyununda “Zirə” öz meydanında “Neftçi”ni sınağa çəkıb.

Oyunun əsas vaxtında hesab açılmayıb.

Əlavə vaxtda, 116-cı dəqiqədə “Zirə”nin oyunçusu Junior hesabı açıb - 1:0.

Matç bu hesabla da başa çatıb və qəsəbə təmsilçisi növbəti mərhələyə adlayıb.

17:18

Futbol üzrə Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsinə start verilib.

İdman.Biz xəbər verir ki, açılış oyununda “Turan Tovuz” I Liqa təmsilçisi “Şahdağ Qusar”ın qonağı olub. “SOCAR Polymer Arena”dakı görüş Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Adını 1/4 finala yazdıran “Turan Tovuz” bu raundda “Araz-Naxçıvan” - “Kəpəz” duelinin güclüsü ilə qarşılaşacaq.

Günün digər oyununda isə “Zirə” öz meydanında “Neftçi”ni sınağa çəkəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək. Bu görüşün qalibi növbəti raundda “Difai” – “Sumqayıt” cütünün qalibinə rəqib olacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları dekabrın 3-4-də keçiriləcək.

09:19

Bu gün futbol üzrə Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsinə iki oyunla start veriləcək.

İdman.Biz xəbər verir ki, “Turan Tovuz” “Şahdağ Qusar”la, “Neftçi” “Zirə” ilə qarşılaşacaq.

Görüş müvafiq olaraq saat 15:00 və 19:00-da start götürəcək.

“Şahdağ Qusar” - “Turan Tovuz” cütünün qalibi növbəti raundda “Araz-Naxçıvan” - “Kəpəz” duelinin güclüsü ilə qarşılaşacaq.

“Zirə” - “Neftçi” görüşündə üstün olan tərəf isə “Difai” - “Sumqayıt” qarşılaşmasının qalibinə rəqib olacaq.

Bizon Azərbaycan Kuboku
1/8 final
2 dekabr
15:00. “Şahdağ Qusar” - “Turan Tovuz”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.
“SOCAR Polymer Arena”

19:00. “Zirə” - “Neftçi”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, 1/8 final mərhələsi dekabrın 4-də başa çatacaq.

İdman.Biz