“Turan Tovuz”un kapitanı: “İnanıram ki, avrokuboklara vəsiqə qazanacağıq”

3 Mart 2026 11:40
107
“Turan Tovuz”un kapitanı: “İnanıram ki, avrokuboklara vəsiqə qazanacağıq”

“Doğrudur, bizim bir az üstünlüyümüz var. Amma bu, heç nəyi həll etmir”.

Bu sözləri “Turan Tovuz”un müdafiəçisi Emmanuel Hakman deyib.

O, komandasının ölkə kubokunun ¼ final mərhələsinin “Kəpəz”ə qarşı keçiriləcək cavab görüşündən gözləntilərini bölüşüb.

“Oyuna ciddi yanaşmaq lazımdır. Qalib gəlsək, yarımfinala vəsiqə qazanacağıq. Orada isə ya “Zirə”, ya da “Sumqayıt”la qarşılaşacağıq. Hər iki komanda güclüdür”, - deyə o, sportal.az-a açıqlamasında deyib.

Toqolu futbolçu “Turan Tovuz”un avrokuboklara vəsiqə qazanmaq şansını isə bu cür dəyərləndirib:

“İnanıram ki, avrokuboklara vəsiqə qazanacağıq. Biz hazırda avrokuboklara vəsiqə verən zonadayıq, amma arxayınlaşmaq olmaz. Həm kubokda, həm də Premyer Liqada sona qədər mübarizə aparmalıyıq”.

İdman.Biz