“Xankəndi”nin hücumçusu: “Sözün düzü bombardirliyə fikir vermirəm”

Xəbərlər
26 Noyabr 2025 15:48
14
“Xankəndi”nin hücumçusu: “Sözün düzü bombardirliyə fikir vermirəm”

“Rayon səfərlərində oynamaq çətindir. Meydança və azarkeş amili komandanın oyununa təsir göstərir”.

Bu sözləri “Xankəndi”nin futbolçusu Tural Qürbətov deyib.

Təcrübəli hücumcu komandasının İkinci Liqanın 10-cu turunda “Kür-Araz” üzərində böyükhesablı qələbəsini (7:2) şərh edib:

“Yeddi qol vurub, xırda səhvlərdən iki qol buraxdıq. Çempionluğa oynayırıq. Buna görə səhvlərimizi düzəltməliyik. Daha yaxşı hazırlaşmalıyıq ki, qollar buraxmayaq. Matçda iki qol vurdum. Bombardirlik yarısında mənim də adım var. Zədə səbəbindən bir oyun buraxmışdım, iki oyun isə, qol vura bilməmişdim. Sözün düzü bombardirliyə fikir vermirəm. Əsas məqsədim komandaya kömək olmaqdır. Hücumçunun işi qol vurmaqdır. Təbii ki, bombardir olsam, sevinərəm. Amma əsas komandama kömək olmaq istəyirəm”, - deyə o, sport24.az-a açıqlamasında deyib.

Qeyd edək ki, Tural Qürbətov İmişli təmsilçisi ilə matçda 12 və 43 dəqiqələrdə fərqlənərək dubla imza atıb. Hazırda onun aktivində 9 qol var. II Liqanın bu günə olan ən sərrast futbolçusu isə 14 dəfə rəqib qapılarına yol tapan “Sheki Siti”nin hücumçusu Cavid İmamverdiyevdir.

İdman.Biz