“Yuventus” komandası Norveçdə ilişib qalıb - geri dönüş təxirə düşə bilər

Xəbərlər
26 Noyabr 2025 14:45
18
“Yuventus” komandası Norveçdə ilişib qalıb - geri dönüş təxirə düşə bilər

İtaliyanın “Yuventus” futbol klubunun Norveçdən qayıdışı sual altındadır. Bodö hava limanında uçuş-enmə zolağının buzlanması səbəbilə bütün uçuşlara məhdudiyyət qoyulub.

İdman.Biz xəbər verir ki, komandanın Turinə geri dönməsi üçün nəzərdə tutulan çarter reysi yerli vaxtla 12:00-a (Bakı vaxtı ilə 15:00) planlaşdırılıb.

Hava limanı rəhbərliyi isə uçuşların və enişlərin dəqiq bərpa oluna biləcəyi saatı açıqlamayıb. Bu isə “Yuventus”un ölkəyə dönüşünün gecikməsi ehtimalını artırır.

Hazırda təkcə komanda yox, Norveçə səfər edən “Yuventus” azarkeşlərinin də aeroportda ilişib qaldığı bildirilir. Uçuşlarla bağlı son qərar hava şəraitindən asılı olaraq növbəti saatlarda veriləcək.

İdman.Biz

Məqalədə: