Kriştianu Ronaldu və Corсina Rodriqes 2026-cı ilin yayında Madeyra adasında(Portuqaliyaya məxsus ada – red.) evlənəcəklər.
İdman.Biz xəbər verir ki, bunu “Jornal da Madeira” nəşri yazıb.
Mənbə iddia edir ki, mərasim Ronaldunun doğma şəhəri Funşalda yerləşən kilsə kafedralında başlayacaq, toy mərasiminin davamı isə lüks bir oteldə keçiriləcək.
Ronaldunun toyu 11 iyun-19 iyul tarixlərində keçirəcək.
Xatırladaq ki, avqustun 11-də Corсina Rodriqes “Instagram” hesabında Kriştianu Ronalduya ərə gedəcəyini elan edib.
Məlumat üçün əlavə edək ki, ulduz futbolçunun modeldən iki qızı var: altı yaşlı Alana Martina və bir yaşlı Bella Esmeralda. Bundan əlavə, futbolçunun 2010-cu ildə dünyaya gəlmiş oğlu - Kriştianu Junior da var. 2017-ci ildə isə surroqat ana idmançıya Eva və Mateo adlı əkizlər dünyaya gətirib. Corciniya Rodrigez dəfələrlə qeyd edib ki, ögey övladlarını da öz doğma uşaqları kimi sevir.
