Tibo Kurtua son anda “Real”ın heyətindən çıxarıldı

Xəbərlər
25 Noyabr 2025 16:23
30
Tibo Kurtua son anda “Real”ın heyətindən çıxarıldı

İspaniyanın “Real Madrid” klubunun qapıçısı Tibo Kurtua komandanın son məşqində iştirak etməyib və virus mənşəli mədə-bağırsaq iltihabı diaqnozu səbəbilə “Olimpiakos”la qarşılaşmanın heyətindən kənarlaşdırılıb.

İdman.Biz xəbər verir ki, “Marca” qəzetinin məlumatına görə, belçikalı qapıçı sağlamlıq problemi üzündən məşqi yarımçıq tərk edib və “Real Madrid” yayımladığı tibbi açıqlama ilə onun yoxluğunu təsdiqləyib.

Kurtuanın ya bir neçə saat sonra, ya da oyunun keçirildiyi gün komandanın ardınca ayrıca yollanması istisna edilmir. Lakin hazırda o, komanda yoldaşları ilə birlikdə Yunanıstan paytaxtına getməyib.

Kurtuanın böyük ehtimalla yoxluğu komandanın son matçlarda əsas xilaskarı kimi çıxış etməsi fonunda ciddi itkidir və onun yerini Andrey Lunin tutacaq.

Eyni zamanda, başqa bir futbolçunun - Din Heysenin də zədə səbəbindən oyunu buraxa biləcəyi qeyd edilir. Xabi Alonso isə əvəzində Rüdiger, Tçuameni və Mastantuononu geri qaytarmağı ümid edir.

İdman.Biz

Məqalədə: