Doqquz yaşlı Nuraya AFFA yox dedi, İsveçdən təklif gəldi - VİDEO

Xəbərlər
22 Noyabr 2025 11:20
59
Doqquz yaşlı Nuraya AFFA yox dedi, İsveçdən təklif gəldi - VİDEO

Azərbaycanda doqquz yaşlı futbolçu qıza İsveçdən təklif gəlib.

İdman.Biz xəbər verir ki, bu barədə futbol eksperti Kənan Məstəliyev sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, Sumqayıt sakini doqquz yaşlı Nuraya AFFA-dan imtina gəlib:

“Bu qızın adı Nuraydır, doqquz yaşı var. Futbola böyük sevgisi var. Azərbaycanda qız liqaları on iki yaşdan başlayır, o yaşa qədər də yaşadığı şəhərdə - Sumqayıtda qız komandası yoxdur. Bakıya da aparıb-gətirmək alınmır. Çıxılmaz vəziyyət yaranıb. Məşqçiləri AFFA-ya müraciət edərək istisna hal kimi yaşıdı oğlanlarla bir komandada oynamağa icazə vermələrini xahiş ediblər. Qurum qaydaları əsas gətirərək imtina edib”.

Ekspert AFFA-dan kiçik qıza “yaşıl işıq” yandırmağı xahiş edib:

“Məndə olan məlumata görə, artıq uşağa İsveçdən təklif var, israrlıdırlar. Aparacaqlar, 6-7 ildən sonra gedib ailəsinin qapısında yatacağıq ki, bəs gəlsin yığmamızda oynasın. Hazır kadrdır. Onsuz da bütün günü oğlanlarla oynayır, üstələyir onları. Belə istisnalar əvvəllər edilib, bəzi qızlara icazə verilib. Onsuz da aşağı yaş qruplarında yarışlarda nəticə əhəmiyyət daşımır, hesablar yazılmır. Rəqabət həvəskar səviyyədədir. İstisna kimi şans verək, necə effekt verəcəyini yoxlayaq”.

İdman.Biz