Emmanuel Addai: “Qırmızı yox idi, qələbə motivasiya verir”

Xəbərlər
22 Noyabr 2025 11:00
16
Emmanuel Addai: “Qırmızı yox idi, qələbə motivasiya verir”

“Hər iki komanda çox yaxşı oynadı və məncə, oyun maraqlı keçdi”.

Bu sözləri “Qarabağ”ın futbolçusu Emmanuel Addai Azərbaycan Premyer Liqasının XII turunda “Sumqayıt”la oyundan sonra deyib.

Futbolçu matçı belə dəyərləndirib:

“Komandamın qalib gəlməsinə şadam, çünki turnir cədvəlində daha rahat olmaq üçün bu xallara çox ehtiyacımız var idi. Ümumilikdə, oyun çox yaxşı oldu”, - deyə sportnet.az-a açıqlamasında deyib.

Emmanuel Addai matçda yaşanan epizodla bağlı da fikrini bildirib:

“Xeyr, məncə bu qırmızı yox idi, çünki qarşımda bir nəfər var idi. Mən ona toxunduqda bu, tək olmadığım deməkdir. O da tək deyildi. Onun önündə başqa bir oyunçu var idi. Ona görə də qırmızı düzgün qərar deyildi”.

Sonda o, qələbənin növbəti oyunlara təsirini vurğulayıb:

“Bu gün oyunu qazandığımız üçün xoşbəxtəm. Belə qələbələr bizi növbəti oyun, xüsusilə "Napoli" ilə qarşılaşmaya motivasiya edir. Oyun əla keçdi və qalib gəldiyimiz üçün çox sevinirəm. Təşəkkür edirəm”.

İdman.Biz