Kadi Borges zədəsini sağaldaraq ilk məşqinə çıxıb - VİDEO

Xəbərlər
8 Yanvar 2026 23:01
88
Kadi Borges zədəsini sağaldaraq ilk məşqinə çıxıb

“Qarabağ”ın futbolçusu Kadi Borgesin zədəsi sağalıb.

İdman.Biz xəbər verir ki, braziliyalı legioner artıq fərdi məşqlərə başlayıb.

Borges bu gün “Qarabağ”ın təlim-məşq bazasında ilk məşqinə çıxıb.

Kadi Çempionlar Liqasının “Çelsi” ilə (2:2) görüşündən sonra sol fibulasında sınıq aşkarlandığı üçün əməliyyat edilmişdi.

İdman.Biz