“Bavariya”nın hücumçusu Harri Keyn dekabr ayı üçün Almaniya Bundesliqasının ən yaxşı oyunçusu seçilib.
İdman.Biz xəbər verir ki, bu barədə liqanın rəsmi saytında məlumat verilib.
Harri Keyndən əlavə, mükafata digər namizədlər Maykl Olise, Yosip Stanişiç (hər ikisi “Bavariya”), Patrik Vimmer (“Volfsburq”), Yan Diomand və Kristof Baumqartner (hər ikisi “RB Leypsiq”) olub.
Mükafatlandırma prosesi iki mərhələdən ibarətdir: əvvəlcə oyunçuların bu müddət ərzindəki performansı nəzərə alınır, sonra azarkeşlər və mütəxəssislər səs verir.
Hücumçu dekabr ayında Almaniya liqasının üç oyununda beş qol vurub, qapıya 18 zərbə endirib.
Bu mövsüm Keyn klubun heyətində bütün yarışlarda 25 oyun keçirib, 30 qol vurub və üç məhsuldar ötürmə edib.
