“Milan” “Liverpul”un 28 yaşlı müdafiəçisi Cozef Qomeslə maraqlanır.
İdman.Biz-in “Calciomercato”ya istinadən məlumatına görə, mersisaydlılar ingilis futbolçunu satmaq istəmədiklərini bildiriblər.
Mənbənin məlumatına görə, İtaliya nəhəngi “Nottingem Forest”in 23 yaşlı mərkəz müdafiəçisi Murilyonu da izləyir. Lakin hazırda braziliyalı oyunçu ilə bağlı heç bir danışıqlar aparılmayıb.
A Seriyasında 17 oyundan sonra “Milan” 38 xalla ikinci yerdədir. “Rossonerilər” 18-ci turda “Cenoa” ilə qarşılaşacaq. Oyun 8 yanvar cümə axşamı keçiriləcək.
