İspaniya Kral Futbol Federasiyası (RFEF) İspaniya Superkubokunu 2027-ci ildən fevralın ilk həftəsinə keçirmək üzərində işləyir.
İdman.Biz bu barədə “Marca”ya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, RFEF bu qərarı yarışda iştirak edən bütün klublarla müzakirələrdən sonra verib. Bu addım Superkubokun hazırda Milad tətilinin son günlərində keçirilməsi planlaşdırılması ilə bağlıdır.
Həmçinin vurğulanır ki, Qətər 2027-ci il turnirinə ev sahibliyi edəcək. Bununla belə, Səudiyyə Ərəbistanı İspaniya Superkubokuna ev sahibliyi etmək müqaviləsini uzatmaq istəyir.
