“Liverpul”un kapitanı Vircil van Deyk komandanın cari mövsümdə üzləşdiyi çətinliklər barədə fikirlərini bölüşüb.
İdman.Biz bu barədə “Euro-football”a istinadən məlumat yayıb.
34 yaşlı niderlandlı müdafiəçi qarşıdakı şənbə günü keçiriləcək “Nottingem Forest”lə görüş ərəfəsində komandanın vəziyyətinə münasibət bildirib:
“Bizim klubda həqiqəti gizlətmək adət deyil. Hamımız bilirik ki, nəticələri yaxşılaşdıra bilərik və buna nail olmağın yeganə yolu – əzmkarlıq və birlikdir. Dəfələrlə demişəm ki, komandanın keyfiyyətinə və xarakterinə inanıram, amma hər şeyi meydanda sübut etməliyik”.
Qeyd edək ki, Arne Slotun rəhbərlik etdiyi kollektiv Premyer Liqanın turnir cədvəlində hazırda səkkizinci pillədə qərarlaşıb. Çempionlar Liqasında “Qarabağ”ın “Liverpul”la oyunu gələn ilin 28 yanvar tarixində İngiltərədə keçiriləcək.
