Kriştianu Ronaldunun bacısı Katya Aveyru ulduz futbolçunun ABŞ Prezidenti Donald Trampın təşkil etdiyi Ağ Evdəki şam yeməyinə qatılmasından sonra başlayan tənqid dalğasına münasibət bildirib.
İdman.Biz xəbər verir ki, onun fikirlərini “A Bola” nəşri dərc edi.
Aveyru, tədbirdə iştirakına görə Ronaldunu qınayanları sərt şəkildə tənqid edib.
O vurğulayıb ki, qardaşı karyerasını hər zaman yalnız öz zəhməti hesabına qurub və siyasi baxışlara, partiyaların təsirinə düşməyib.
Katya Aveyrunun sözlərinə görə, Ronaldunun Ağ Evə səfərinə göstərilən reaksiya “kütləvi isteriya”nı xatırladır.
Bacısı bildirib ki, tənqidçilər futbolçunun şəxsi azadlığının adi bir təzahürünü elə təqdim edirlər ki, guya ciddi bir pozuntu və ya cinayət baş verib.
“Siz riyakarsınız! Birdən-birə elə bir isteriya başladı ki...Elə bil Kriştianu dünyanın sonunu elan etdi. Reaksiya o qədər şişirdildi ki, hamını təlaşa salan siqnala bənzədi. Diqqət, diqqət! Ronaldu şəxsi azadlığından istifadə etdi. Təkrar edirəm – şəxsi, azadlığını” - deyə futbolçunun bacısı söyləyib.
Xatırıladaq ki, ABŞ Prezidenti Donald Trampla Portuqaliya yığması və Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun ulduz futbolçusu Kriştianu Ronaldu arasında görüş Ağ Evdə, noyabrın 19-u baş tutub.
