“Arsenal”ın müdafiəçisi Artetanın müdafiəsinə qalxdı

Xəbərlər
22 Noyabr 2025 11:40
16
“Arsenal”ın müdafiəçisi Artetanın müdafiəsinə qalxdı

“Arsenal” klubunun ingiltərəli yarımmüdafiəçisi Deklan Rays komandanın baş məşqçisi Mikel Artetanın məşqçilik karyerası ilə bağlı fikirlərini bölüşüb. O, Artetanın gələcəkdə çoxsaylı titullar qazanacağına əmindir.

İdman.Biz xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi bu barədə “StanSport” nəşrinə açıqlamasında bildirib.

“Artetanı indi deyil, hər şeyi qazandığı zaman - karyerasının sonunda qiymətləndirin. Çünki o, bunu mütləq edəcək. Onun rəhbərliyi altında oynamaq mənim üçün böyük şansdır. Hesab edirəm ki, o, hələ məşqçilik yolunun əvvəlindədir, amma karyerasının sonunda tarixə ən yaxşı məşqçilərdən biri kimi düşəcək. Bu, sadəcə başlanğıcdır. O, taktiki baxımdan inanılmazdır. Rəqib barədə bildikləri, bizi meydanda yerləşdirdiyi… Mən meydana çıxanda heç nədən narahat olmuram, sadəcə futbol oynayıram. Taktikanı tam anlayıram. Elə bil beynimdə idarəetmə pultu var və Arteta bunu mənə də, bütün komanda yoldaşlarıma da aşılayıb. Meydana hər çıxanda nə edəcəyini dəqiq bilirsən - bu da onun sayəsindədir. Buna görə onun haqqında yalnız müsbət sözlər deyə bilərəm”, - deyə “Arsenal”ın yarımmüdafiəçisi bildirib.

Qeyd edək ki, “Arsenal” 26 xalla turnir cədvəlində birinci yerdədir.

İdman.Biz