“Karvan-Yevlax” Misli Premyer Liqada qalacaq”.
İdman.Biz xəbər verir ki, bunu “Karvan-Yevlax”ın baş məşqçisi Azər Həşimov deyib.
Mütəxəssis Misli Premyer Liqasının XII turunda “Kəpəz”ə məğlub olduqları matçla (1:2) bağlı fikirlərini bölüşüb:
“İkinci dövrənin ilk oyunu idi. Azarkeşlərimizin qarşısında qələbə qazanmaq istəyirdik. Çox təəsüf ki, məğlub olduq. Qarşıda 21 tur var, heç nə bitməyib. Güman edirəm ki, “Karvan-Yevlax” Misli Premyer Liqada qalacaq”.
