“Mançester Yunayted” futbol klubu heyətini gücləndirmək üçün tarixin ən bahaqiymətli transferinə imza atmağı planlaşdırır. İngiltərə nəhəngi “Nottinqem Forest”in ulduzu Elliot Andersonu transfer siyahısının ilk pilləsinə yerləşdirib.
İdman.Biz “The Athletic” nəşrinə istinadla xəbər verir ki, “Nottinqem Forest” 23 yaşlı yarımmüdafiəçi üçün təxminən 115 milyon avro (226 milyon AZN) tələb edir.
Mançester təmsilçisi gələn yay reallaşması gözlənilən bu keçidlə 2016-cı ildə Pol Poqba üçün ödənilən 105 milyon avroluq daxili transfer rekordunu yeniləmək niyyətindədir.
Cari mövsümdə nümayiş etdirdiyi performansla diqqətləri üzərinə çəkən Anderson üçün “Mançester Siti”nin də dövrəyə girdiyi bildirilir. Lakin “Yunayted” rəhbərliyi müqaviləsi bitən Kazemironun boşluğunu məhz gənc ingiltərəli futbolçu ilə doldurmaqda israrlıdır.
