“Qarabağ” futbolçularından Masallı məktəblilərinə sürpriz - VİDEO

2 Aprel 2026 10:48
180
“Qarabağ” futbolçularından Masallı məktəblilərinə sürpriz - VİDEO

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev və qapıçısı Mateuş Koxalski Masallı rayonunda iki məktəblinin böyük arzusunu gerçəkləşdiriblər.

İdman.Biz xəbər verir ki, sosial şəbəkələrdə “Qarabağ” komandasına və onun futbolçularına olan sevgilərini çəkdikləri video ilə ifadə edən balacaların müraciəti cavabsız qalmayıb.

Belə ki, futbolçular uşaqlara xüsusi video-müraciət ünvanlayıblar.

Mateuş Koxalski gənc qapıçıya öz imzalı qapıçı əlcəklərini, Elvin Cəfərquliyev isə digər şagirdə öz imzalı “44” nömrəli “Qarabağ” formasını hədiyyə edib.

Həmin görüntüləri təqdim edirik:

İdman.Biz