“Juninyo yenidən qayıdır?” sualını alovlandıran paylaşım - VİDEO

Xəbərlər
21 Noyabr 2025 16:48
40
“Juninyo yenidən qayıdır?” sualını alovlandıran paylaşım - VİDEO

Braziliyanın “Flamenqo” klubunda çıxış edən “Qarabağ”ın keçmiş hücumçusu Juninyo Olavio Avropa Liqasında “Bayer Leverkuzen”ə vurduğu qol epizodunu sosial şəbəkə hekayəsində paylaşıb.

İdman.Biz xəbər verir ki, braziliyalının bu paylaşımı “Qarabağ” azarkeşləri arasında onun mümkün qayıdışı ilə bağlı müzakirələri yenidən alovlandırıb.

Ağdam klubu yay transfer dövründə onu heyətinə qatmaq istəsə də, “Flamenqo”nun baş məşqçisi Felip Luis buna mane olmuşdu.

Braziliya mətbuatı da bir müddət əvvəl 28 yaşlı forvardın qış “transfer pəncərəsi”ndə komandasını dəyişə biləcəyini yazmışdı. Səbəb kimi isə onun “Flamenqo”nun əsas heyətində yer ala bilməməsi, hətta komandanın 23 nəfərlik iştirak ərizəsinə belə daxil edilməməsi göstərilmişdi.

Juninyonun “Qarabağ”a qayıtmaq ehtimalı real variantlardan biri kimi göstərilir.

Qeyd edək ki, braziliyalı futbolçu 2023-cü ilin yayından 2025-ci ilin yanvarına qədər “Qarabağ”da çıxış edib və daha sonra 5 milyon avro (9 880 000 AZN) müqabilində “Flamenqo”ya transfer olunub.

İdman.Biz

Məqalədə: