“Corendon” şirkəti Kürasao millisinin tarixi uğurunu xüsusi üsulla qeyd etdi

Xəbərlər
19 Noyabr 2025 19:37
26
“Corendon” şirkəti Kürasao millisinin tarixi uğurunu xüsusi üsulla qeyd etdi

Kürasao yığmasının əsas sponsoru “Corendon” şirkəti komandaya rəhbərlik edən məşqçiləri şərəfləndirmək üçün adını bir günlüyə dəyişdirdiyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, şirkət tarixi nəticəyə görə öz brendini “CorenDick” kimi təqdim edib.

Bu ad dəyişikliyinin məşqçi heyətinə - baş məşqçi Dik Advokata və onun assistenti Kor Pota həsr olunduğu vurğulanıb.

Kürasao millisi seçmə mərhələdə göstərdiyi uğurlu nəticələr sayəsində ilk dəfə dünya çempionatına vəsiqə qazanaraq tarix yazıb. Komandanın qrup birincisi kimi ÇM-2026-ya çıxması ölkədə böyük sevinc yaradıb və sponsordan gələn bu jest sosial şəbəkələrdə geniş müzakirə olunub.

Qeyd edək ki, 76 yaşlı Dik Advokatın rəhbərliyində Kürasao millisinin qısa müddətdə qazandığı bu uğur dünya futbol ictimaiyyətində də yüksək qiymətləndirilib.

İdman.Biz