Kürasao tarix yazdı - VİDEO

Xəbərlər
19 Noyabr 2025 09:45
32
Kürasao tarix yazdı - VİDEO

Kürasao millisinin 2026-cı il dünya çempionatına yüksəlməsi futbol tarixində misilsiz hadisə sayılır - 156 min əhalisi olan ada dövləti mundiala vəsiqə alan ən kiçik ölkə olub.

İdman.Biz xəbər verir ki, Kürasaonun bu uğurunda 2024-cü ilin yanvarında komandanı çalışdırmağa başlayan holland mütəxəssis Dik Advokatın böyük rolu var.

Həlledici oyun DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turunda Yamayka yığmasına qarşı baş tutub. Kinqstondakı “Park Independence” stadionunda keçirilən görüş dünən gecə oynanılıb və 0:0 hesabı ilə başa çatıb. Bu heç-heçə Kürasaonu birbaşa dünya çempionatına aparan nəticə olub.

Qeyd edək ki, buna qədər rekorda İslandiya malik idi, lakin Kürasao onu geridə qoyub və futbol tarixinin ən az əhalisi olan mundial iştirakçısı kimi adını yazdırıb.

İdman.Biz

Məqalədə: