Kurasao millisinin Yamayka ilə DÇ-2026-ya vəsiqə baxımından həlledici olan qarşılaşmasından öncə baş məşqçi Dik Advokat komandanın düşərgəsini tərk edib.
İdman.Biz xəbər verir ki, baş məşqçisi ailə vəziyyətinə görə belə bir addım atdığını deyib.
Advokat qərarını böyük çətinliklə qəbul etdiyini bildirib:
“Bu qərarı ürək ağrısı ilə qəbul etməli oldum, amma ailə futboldan daha vacibdir. Niderlandda olsam da, komandanın heyəti və personal ilə daim əlaqədə olacam. Bu futbolçulara tam etibar edirəm”.
Kurasao millisi üçün qarşıdakı görüş ölkə futbol tarixinin ən önəmli matçlarından biri sayılır. Komanda qələbə qazanacağı təqdirdə DÇ-2026 üçün real şans əldə edəcək
