Misli Premyer Liqasında hakim dəyişikliyi olub

Xəbərlər
19 Noyabr 2025 16:39
22
Misli Premyer Liqasında hakim dəyişikliyi olub

Misli Premyer Liqasının XII turunda keçiriləcək oyunların hakim təyinatlarında dəyişiklik olub.

İdman.Biz xəbər verir ki, Elçin Məsiyev zədələndiyi üçün “Karvan-Yevlax” - “Kəpəz” görüşünün baş hakimi Rauf Cabarov olacaq. Elçin Məsiyev həmin qarşılaşmanın VAR hakimi funksiyasını yerinə yetirəcək.

“Araz-Naxçıvan” - “Turan Tovuz” oyununda isə Rauf Cabarovun yerinə Rəşad Əhmədov VAR hakimliyini edəcək.

İdman.Biz