İspaniyanın Kataloniya ilə Fələstin yığması arasında Barselonadakı “Olimpik Luiş Kompanis” stadionunda yoldaşlıq görüşünə keçirilib.
İdman.Biz İspaniya KİV-ə istinadən xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunu 30 mindən çox tamaşaçı izləyib ki, bu da son on ildə Kataloniya komandasının oyuna gələn azarkeş sayı üçün rekord göstəricisi sayılır.
Qeyd olunur ki, bilet satışından əldə olunan gəlir Fələstinə humanitar yardım üçün ayrılacaq.
