Baş məşqçisi olmayan komandaya qalib gələ bilməyən Stiv Maklaren istefa verdi

Xəbərlər
19 Noyabr 2025 15:39
27
Baş məşqçisi olmayan komandaya qalib gələ bilməyən Stiv Maklaren istefa verdi

Yamayka millisinin baş məşqçisi Stiv Maklaren vəzifəsindən istefa verib.

İdman.Biz xəbər verir ki, qolsuz heç-heçə Yamayka yığmasını mundiala birbaşa vəsiqədən məhrum edib. Eyni nəticə isə Kürasao millisi üçün tarixi uğurla yekunlaşıb. Komanda qrupda birinci yeri təmin edərək ilk dəfə dünya çempionatına vəsiqə qazanıb.

Qeyd edək ki, Maklarenin rəhbərliyi altında Yamayka yığması turnir ərzində qeyri-stabil çıxışla diqqət çəkirdi və Kürasao ilə matç seçmə mərhələnin həlledici oyunu hesab olunurdu.

Xatırladaq ki, Kürasao yığması həlledici oyuna baş məşqçisiz çıxıb. Komandanın rəhbəri Dik Advokat ailəsində problem olduğu üçün Niderlanda geri qayıtmışdı.

İdman.Biz