Afrikanın ən yaxşısı adına namizədlər açıqlandı

17 Noyabr 2025 09:36
131
Afrikanın ən yaxşısı adına namizədlər açıqlandı

Afrika Futbol Konfederasiyası (CAF) qitənin ən yaxşı futbolçusu mükafatına namizədlərin son siyahısını təqdim edib.

İdman.Biz xəbər verir ki, qurumun rəsmi məlumatına əsasən, final mərhələsinə 3 futbolçu düşüb – “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah, “Qalatasaray”ın nigeriyalı forvardı Viktor Osimhen və PSJ-nin mərakeşli müdafiəçisi Əşrəf Hakimi.

Ötən il bu yüksək mükafatın sahibi “Atalanta”nın hücumçusu Ademola Lukman olmuşdu.

İdman.Biz