“Mən böyük və kiçik ölkələri ayırmıram və bütün rəqiblərə hörmətlə yanaşıram”.
İdman.Biz xəbər verir ki, bunu mətbuat konfransında Fransa millisinin baş məşqçisi Didye Deşam söyləyərək “Qarabağ”ı nümunə kimi göstərib.
“Böyük və kiçik xalqlar olmur. “Qarabağ”a baxın. Onlar Çempionlar Liqasında oynayırlar və xal toplayırlar. Azərbaycanın gələcəkdə potensialı var, yaxşı oyunçuları var. Biz bunu Azərbaycan millisinin Ukrayna ilə oyununda da gördük”, - Deşam bildirib.
Didye Deşam həmçinin Bakıda əla vaxt keçirdiyini və azərbaycanlılara qonaqpərvərliklərinə görə təşəkkür etdiyini vurğulayıb:
“Bu gün stadion azarkeşlərlə və enerji ilə dolu idi”
